NATO Türkiyədə yeni radar sisremi quraşdıracaq

2 Sentyabr 2011 15:34 (UTC+04:00)
Hava Hücumundan Müdafiə sistemi çərçivəsində NATO-nun Türkiyə ərazisində yeni radar sistemləri quraşdıracağı məlumatı yayılıb. Radarın seçilən xüsusiyyəti hava hücumları zamanı təhlükənin səviyyəsini öncədən xəbər vermək gücünə malik olmasıdır. Bu barədə jurnalistlərlə söhbəti zamanı Türkiyənin Xarici İşlər naziri Səlcuq Ünal bildirib.
"Bu layihənin icrası haqqında razılıq 2010-cu ildə keçirilən Lissabon sammitində əldə olunub. Türkiyə tərəfi bu planın reallaşdırılması istiqamətində aktiv fəaliyyət göstərib və az iş görməyib. Artıq yekunlaşdırma işləri aparılır", - deyə Ünal bildirib.
S.Ünal onu da istisna etməyib ki, bu sistem eləcə də milli təhlükəsizliyin təminatı üçün də istifadə ediləcək. Ehtimal olunanlara görə, yeni sistemli radar Terkiyənin cənub-şərq istiqamətində yerləşdiriləcək və bir neçə min kilometr radiusu əhatə edəcək.