Prezident İlham Əliyev AŞPA-nın komitə sədri Kristos Pirquridesi qəbul edib

2 Sentyabr 2011 14:35 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsinin sədri Kristos Pirquridesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə AŞPA arasında hüquq məsələləri və insan hüquqları sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.