Nazpəri Dostəliyeva bu gün konsert verəcək

2 Sentyabr 2011 14:12 (UTC+04:00)

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva sentyabrın 2-də İsmayıllıda açıq havada 15 nəfərlik ansamblla konsert verəcək. Bu barədə SİA-ya müğənninin mətbuat xidmətindən məlumat verilib.

Konsertdə tamaşaçıları iki saatlıq maraqlı proqram gözləyir.

"Sehir" adlanan musiqili gecənin aparıcısı Nazpəri Dostəliyevanın özü olacaq.

İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısı Nizami Ələkbərovun da həmin gün konsertdə iştirakı gözlənilir