“Meridyen Uluslararası Fuarcılık” növbəti sərgiyə hazırlaşır

2 Sentyabr 2011 13:30 (UTC+04:00)
Türkiyənin "Meridyen Uluslararası Fuarcılık" Şirkəti ölkəmizdə növbəti sərgisini təqdimetməyə hazırlaşır.

Bu gün sərgi təşkilatçıları "Park İnn" otelində təşkil etdikləri mətbuat konfransında sərgi ilə bağlı jurnalistlərin suallarını cavablandırdılar. "Meridyen Fuarcılık" şirkətinin idarə heyətinin üzvü və layihənin Azərbaycan üzrə əlaqələndiricisi Alper Çekicin də qatıldığı tədbirdə sərginin təşkil olunma məqsədi, habelə layihələrin Azərbaycan və Türkiyə arasında ticari əlaqələrin inkişafında rolu və başqa məsələlərə aydınlıq gətirildi. Jurnalistlərə sərgilənəcək məhsullar barədə məlumat verildi.

Sərgi təşkilatcıları bildirdilər ki, şirkətin növbəti layihəsi "Bakı Türk İxracat Məhsulları Sərgisi 2011" 6 -7- 8 sentyabr tarixlərində saat 10.00-dan 18.00 qədər ziyarətçilərin qəbul edəcək. "Baku Expo Center" Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək sərgi üç gün davam edəcək. Əvvəlki layihələrdə olduğu kimi bu sərgi də Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə həyata keçiriləcək.

A.Çekic bildirdi ki, inşaat, mebel və emal sənayesi, qida, tekstil, məişət texnikası, kimya sənayesi, kosmetika və hazır geyim kimi müxtəlif fəaliyyət sahələrinin əhatə edən 50-dən çox türk şirkətinin qatılacağı sərginin keçirilməsində əsas məqsəd Türkiyənin digər ölkələrlə, o çimlədən də Azərbaycanla ticarət əlaqələrini yüksəldilməsidir: "Bu layihə Türkiyə və Azərbaycan iş adamları arasında yeni iş birliklərinin yaradılmasında da faydalı olacaq".

Qeyd edək ki, "Meridyen Fuarcılık" daha öncə ölkəmizdə böyük ziyarətçi marağına səbəb olan "İstanbul Fashion Show" və "Türk İnşaat və Makina" sərgilərini təşkil edib. Bu sərgilərlə yerli əhalinin və iş adamlarının diqqətini cəlb etməyi bacaran təşkilatçı şirkət "Bakı Türk İxracat Məhsulları Sərgisi"ndə uğur qazanacağına inanır.

Sərgi 3 gün müddətində saat 10.00-dan 18.00-a qədər ziyarətçilərə açıq olacaq. Sentyabrın 6-da saat sərkinin ilk iş günündə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc, səfirlik əməkdaşları, Azərbaycan Sahibkarlar Konfederasiyası və TUSİAB nümayəndələri, eləcə də Azərbaycan İqtisadi İnkişaf nazirliyindən məsul şəxslər iştirak edəcəklər.