Roza Zərgərlinin yeni klipi Türkiyədə maraqla qarşılanıb-FOTO

2 Sentyabr 2011 11:21 (UTC+04:00)

Azərbaycanlı müğənni Roza Zərgərli "İstanbul qızı" mahnısına çəkdirdiyi klipini musiqisevərlərə təqdim etməyə hazırlaşır. Müğənni açıqlamasında klipin ilk dəfə Türkiyənin "TMB" telekanalında təqdim olunduğunu deyib.

Qeyd edək ki, "TMB" kanalı bütün türkdilli ölkələr tərəfindən maraqla izlənilir.


Klip Türkiyədə 10 gün nümayiş olunduqdan sonra Azərbaycan televiziyalarında göstəriləcək. Müğənni TMB kanalının istəyi ilə klipi ilk dəfə Türkiyədə nümayiş etdirdiyini açıqlayıb: "Təklif TMB tərəfindən olduğu üçün mən də razılaşdım. Klip Türkiyədə çox bəyənilib, Bakıda mətbuat nümayəndələrinə təqdim etməyi düşünürəm. İnanıram ki, burada da bəyəniləcək".


Klipin rejissoru Orman Çingizoğlu, prodüseri Abbas Quliyevdir. Müğənninin klipdəki obrazları stilist Anar Ağakişiyevə məxsusdur.


Klipin təqdimatı sentyabrın 6-da olacaq.