Neftin qiyməti qalxıb

2 Sentyabr 2011 11:12 (UTC+04:00)
Sentyabrın 2-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,12 dollar və ya 0,1% artaraq 1 barelə görə 88,93 dollar təşkil edib. SİA-nın xəbərinə görə, ICE London qitələrarası birjasında oktyabr fyuçerslərində Brent markalı neftin 1 barelinin dəyəri isə 0,56 dollar və ya 0,5% azalaraq 114,29 dollar təşkil edib.