Sentyabrın 4-də "Təbiət Dostları" Gənclər İctimai Birliyi "Yaşıl Həftə" adlı ekoloji-maarifləndirici kampaniyaya start verib. İctimai Birlikdən SİA-ya verilən xəbərə görə, 2011-ci ildə ətraf mühitin qorunmasına həsr olunan bu kampaniya 4-11 sentyabr tarixlərini əhatə edəcək. Bir həftə davam edəcək silsilə tədbirlər kampaniyasının məqsədi insanları bir araya toplayaraq, ətraf mühitə qarşı daha məsuliyyətli olmağa çağırmaqdır. Bu yöndə həftə boyunca hər gün müxtəlif tədbirlər keçiriləcək. Tədbir açıq havada velosiped və piyada yürüşləri, müxtəlif idman və əyləncəli oyunlar, seminarlar və yeni nəslin maariflənməsi istiqamətində proqramlardan ibarət olacaq. Sonda isə həftə ərzində çəkilən fotolar toplanaraq, görülən işlərin fotosərgisi keçiriləcək. Sərgi rəsmi bağlanış günü, sentyabrın 11-də baş tutacaq.