Mal-qara oğruları uzağa gedə bilmədilər

1 Sentyabr 2011 19:44 (UTC+04:00)

Salyanda mal-qara oğruları Bakının Xətai rayonunda yaxalanıblar. SİA-nın Aran bürosuna məlumat verən Salyan polis şöbəsinin istintaq bölməsinin rəisi Əlibaxış Məmiyev bildirib ki, avqustun 25-də Salyan polisləri Bakının Xətai rayon polisləri ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 3 nəfərdən ibarət oğru dəstə yaxalayıblar. Həmin şəxslər Salyan rayonun Qaraçala kənd sakini 1977-ci il təvəllüdlü Hüseynov Vahid Sadığ oğlu, Kürsəngi kənd sakini 1988-ci il təvəllüdlü Dünyamalıyev Amil Səfalı oğlu və Cəlilabad rayon sakini 1993-cü il təvəllüdlü Əhədov Murad Mikrət oğludur.

Həmin dəstə ayrı ayrı vaxtlarda Kürsəngi kənd sakini Qarayev Akif Niyaz oğlunun həyətindən 6, Pambıq kənd sakini Məmmədov Lazım Ağayar oğlunun həyətindən 3 iri buynuzlu, Kürsəngi sakini Aydınov Rəsul Çaylı oğlunun həyətindən isə 5 xırda baş heyvan oğurlayıblar.

Faktla bağlı ARCM-nin 177.2.1, 177.2.3 maddələri ilə cinayət işi başlanılıb və təqsirləndirilən şəxslər barəsində həbs qəti imkan yədbiri seçilib.


İqbal Mikayılov