Kamran Ağayev: “Sırf müdafiədə oynamağımız mümkün deyil”

1 Sentyabr 2011 17:10 (UTC+04:00)

"Millidə ab-hava həmişəki kimidir. Yaxşı nəticə qazanmaq istəyirik. Bu fikrim şablon səslənməsin. Təkcə yaxşı oyun nümayiş etdirmək haqda düşünmürük. Həm də istəyirik ki, qazandığımız sevindirici nəticə ilə azarkeşlərimizin üzünü güldürək". Siasport.az saytı xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının üzvü Kamran ağayev deyib. Futbolçu hər bir məşqçinin öz tərzi olduğunu vuröulayıb: "Baş məşqçi heç vaxt yalnış heyət qurmur. Sadəcə, hər bir çalışdırıcının öz düşüncəsi, yanaşma tərzi var. Futbolçuya uyğun heyət qurulur.

Milli hamımızındır. Yumruq kimi birləşməliyik. Doğma meydanda oynayırıq. Buna görə də azarkeşləri sevindirməliyik. Məsuliyyətimizi dərk edirik. Azarkeşlərin bizə inanmasını istəyirik.

Türkiyə yığması ilə oyunda açıq futbol oynayıb, yaxşı nəticə qazandıq. Sırf müdafiədə oynamağımız mümkün deyil. Baş məşqçinin taktikasına uyğun mübarizə aparacağıq".