ABŞ islamafobiya üçün milyonlarla dollar pul xərcləyirmiş - ARAŞDIRMA

1 Sentyabr 2011 16:51 (UTC+04:00)

11 Sentyabr hadisələrindən bu yana ABŞ-da müsəlmanlara qarşı qərəzli fikirlərin artırılması üçün 42 milyon dollar xərclənib. SİA-nın xəbərinə görə, bu barədə məlumat "Qorxu Şirkəti:Amerikadakı İslamafobiya Şəbəkəsinin Mənbələri" başlıqlı hesabatda yer alıb.

Amerika prezidenti Barak Obamaya yaxınlığı ilə bilinən Amerika İnkişaf Mərkəzi (Center For American Progress) adlı qurumun hazırladığı hesabatda, İslama qarşı düşmənçiliyi alovlandırmaqda yaxından iştirak edən mətbu orqanlarına maddi dəstək verən şirkətlərin adları nəşr edilib. 6 aya hazırlanan "Qorxu Şirkəti: Amerikadakı İslamafobiya Şəbəkəsinin Mənbələri" başlıqlı hesabatda, dezinformasiya yayan nəşr orqanlarına son 10 ildə 42,6 milyon dollar köçürən təşkilatların həmişə eyni olduğu göstərilib.

Bunlar aşağıdakılardır:

Donors Capital Fund: $20,768,600

Richard Scaifefoundations: $7,875,000

Russell Berrie Foundation: $2,818,229

Lynde and HarryBradley Foundation: $5,370,000

Fairbook Foundation: $1,498,450

Newton and Rochelle Becker foundations: $1,136,000

ABŞ Vergi dairəsindən alınan məlumatlarla hazırlanan hesabata görə, dezinformasiya işlərinə ən çox kömək edən təşkilatların başında, 2007-ci ildən bu günə kimi 20,768,600 dollar dəstək verən "Donors Capital Fund" adlı şirkətdir. Bu fondun ayırdığı pullar islama qarşı kəskin hesabatlar hazırlayan "Middle East Forum", "Clarion Fund", "Investigative Project on Terrorism" və "David Horowitz Freedom Center" adlı qurumların hesabına köçürülüb.

Siyahıda 3-cü sırada yer alan "The Russell Berrie Foundation" adlı şirkət islama qarşı güclü təbliğat aparmaqla və çox sayda yəhudi işçiləri ilə seçilir. Hesabata görə, yəhudi əslli Daniel Payps (Daniel Pipes) tərəfindən idarə olunan "Middle East Forum"a dezinformasiya yayması üçün 273 min dollar köçürülüb.

Hesabatda sayı az olan İslam əleyhdarının ölkə ictimaiyyətinə və siyasətçilərinə təsir etmə qüvvələrinin çox yüksək olduğu və ABŞ-dakı Fətullah Gülən tərəfdarlarının da bu nəşrlərdə dezinformasiyanın yayılmasında əli olduğu göstərilib: "ABŞ-da İslama qarşı düşmənçiliyi alovlandıran və dezinformasiya yayan təşkilatların sayı az da olsa onların ictimaiyyətdə və siyasətçilərə təsiri çox yüksəkdir".

Hesabatda Piter King (Peter King), Alen Vest (Allen West), Mişel Bakman (Michele Bachman), Suya Mayrik (Suya Myrick), Rene Elmers (Renee Elmers) və Paul Braun (Paul Broun) kimi Amerikalı siyasətçilərin qurumlar tərəfindən hazırlanan qərəzli informasiyaları gündəmə gətirərək yayılmasında köməklik göstərmələri də yer alıb.

Eyni zamanda hesabatda İslama qarşı dezinformasiya fəaliyyətlərinə media dünyasında "Fox" xəbər kanalı, "David Horowitz Freedom Center", "Pamela Geller" və "Atlas Shrugs", "Vaşinqton Times", "The National Review", "Christian Broadcast Network", "Clarion Fund", "Rush Limbaugh", "Sean Hannity", "Mike Savage", "Glenn Beck", "Mark Levin", "Bryan Fischer" kimi şəxs və təşkilatların dəstək verdikləri vurğulanır.