BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

1 Sentyabr 2011 16:47 (UTC+04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan ermənilər - 3 hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynova SİA-ya açıqlamasında bildirib ki, hərbi əsirlərdən birinə ailəsindən "Qızıl Xaç" məktubu çatdırılıb.

Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.

Qeyd edək ki, Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.