Gəncədə ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş olub - FOTO

1 Sentyabr 2011 16:24 (UTC+04:00)
Gəncədə ali məktəblərə yüksək balla daxil olan tələbələrlə görüş keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təbriki ilə başlayıb. İcra başçısı 2011-2012-ci tədris ilində ailə məktəblərə daxil olan və tələbə adını qazanan gəncləri təbrik edib. Bildirib ki, bu gün Azərbaycanın güclü və savadlı gənc kadrlara ehtiyacı var. Müstəqilliyimizin gələcək taleyi də bu gənclərin çiyinləri üzərində qurulacaq. Son illərdə təhsil sahəsinə xüsusi diqqət ayrıldığını dilə gətirən Elmar Vəliyev bu qayğının nəticəsi olaraq da gənclərin öz üzərində çalışmalarına və elmlərini daha da artırmalarına böyük ehtiyac olduğunu deyib.

Şəhər Təhsil Şöbəsinin müdiri Mahal Əliyev 2011-2012-ci dərs ilinin yekunlarına dair hesabat verib. Diqqətə çatdırıb ki, sözügedən tədris ilində Gəncə şəhəri üzrə ali təhsil ocaqlarına 1992 şagird sənət verib. Bunlardan da 787 nəfəri tələbə adını qazanıb. Faiz nisbəti ilə götürdükdə isə bu 39.51 faiz təşkil edir. Abituriyentlərdən təxminən 100-dən artığı 500 dən çox, 50 nəfərə yaxını isə 600 dən artıq bal toplayıb. Bu il Gəncə şəhərindən həkim olmaq istəyənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Elə qəbul olan tələbələrin demək olar ki, əksəriyyəti Azərbaycan Tibb Universitetində oxumaq şansı qazanıb. Tədbirin sonunda tələbələrə müxtəlif hədiyyələr təqdim olunub.

İlham Məmmədov