Berti Foqts mətbuat konfransına niyə qatılmadı?

1 Sentyabr 2011 14:50 (UTC+04:00)
Berti Foqts bu gün keçirilən mətbuat konfransına qatılmayıb. Siasport.az saytı xəbər verir ki, o, yığmanın açıq məşqindən sonra "Aeroport" oteldə keçirilməli olan jurnalistlərlə görüşə gəlməyib.
Alman çalışdırıcını həmyerlisi və köməkçisi Olaf Yansen əvəzləyib. Alman məşqçi bildirib ki, Berti Foqtsun səhhətində narahatçılıq olduğu üçün konfransa qatılmayıb. Baş məşqçinin hərarəti qalxıb.