Fernando Muslera: "Əsas hədəf Türkiyə çempionluğunu qazanmaqdır!"

1 Sentyabr 2011 14:33 (UTC+04:00)

İstanbulun "Qalatasaray" futbol klubunun uruqvaylı qolkiperi Fernando Muslera, yenidən bir sıra açıqlamaları ilə gündəmə gəlib. Siasport.az saytı xəbər verir ki, F.Muslera "Qalatasaray" klubunun rəsmi jurnalına açıqlamasında, İstanbul klubunun onun transferində israrlı olması və ona böyük dəyər verməsini yüksək qiymətləndirdiyi üçün son seçimini "cim bom" üzərində etdiyini dilə gətirib. O, Amerika Kubokunu qazanandan sonra, yeni klubunda da Türkiyə çempionluğunu qazanmaq iddiasında olduğunu, "Qalatasaray"ın da bu məsələnin öhdəsindən gələ biləcəyinə inandığını açıqlayıb. Uruqvaylı qolkiper, xüsusi ilə Madriddə "Real" ilə "Bernabeu Kuboku" çərçivəsində keçirilən qarşılaşmadan sonra "Qalatasaray"ın böyük klub olduğuna əmin olduğunu da deməyi yaddan çıxarmayıb.