Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin hakimiyyətlə siyasi dialoqa davam etməməsi haqqında bəyanatı və tərəflərin bir-birini "tərifləyən" sözlər işlətməsi siyasi gedişatların gərginliyinə və daxili siyasətin sabit olmadığına dəlalət edir. Önəmli olan bir şey dəqiqləşdi ki, tərəflər başqa-başqa məqsədlər güdürlər. Daha doğrusu tərəflərdən biri "Tango" və özünü ağıllı hesab edənlər isə \"Şahmat" oynayır.
Bütün bunların qarşılığınıda xalqın sosial rifahını fikirləşməyən erməni siyasətçiləri bir-birindən inciyir və gərginlik yaradaraq müxtəlif böhtanlarla nəsə əldə etmək istəyirlər. Bu davamlı olaraq gedəcək. Çünki, tango rəqqasını məcburi olaraq masada əyləşdirib şahmat oynatmaq olmaz. Tərsinə də alınan deyil. Ona görə ki, aşağı ətrafların hərəkəti ilə özünə nüfuz qazananın şahmatın gedişlərindən nə anlayışı. Odur ki, hakimiyyətdə əyləşən şəxslər Şahmat masasında oturub ayaqlarını yerə vurmaqdan başqa heç nə edə bilmirlər. Çox böyük səhv olardı ki, onlara bu gündən sonra nəsə öyrədib şahmatın gedişlərini - ŞAH, MAT, PAT-ı başa salasan. Deməli iqtidarla müxalifət arasında siyasi dialoqun gələcəyi yoxdur.
Bundan əlavə rəqqasın qalib gəlməsi şahmatçının ürəyincə olmazdı. Belə ki, bir dəfə kiminsə hesabına qalib olan rəqqas məğlub olduğu zaman tərəf müqabilinə təpik atacaq. Bu isə ortada qalanın (Ermənistan əhalisinin) əzab çəkəcəyinə gətirib çıxaracaq.
Revenons a nos moutons
Hazırda isə alınmayan dialoq "revenons a nos moutons". Bu ifadə 17-ci əsrdə Fransada çox işlədilən "Öz qoyunlarımıza sahiblik et\" deməkdir. Qoyunların təzyiqlərlə başlayan siyasi dialoqu. Erməni Milli Konqresinin hakim dairələrndə əyləşənlər dünyanin gözü qarşısında özlərini tolerant siyasətçilər kimi göstərib radikal müxalifətlə belə danışıqlara hazır olduqlarını göstərirlər. Əslində isə onlar vaxt udmaqla Konqresdən divident almaq istəyirlər. Onlar əhalinin sosial vəziyyətindən istifadə edərək guya xalqın rifahını fikirləşib hakimiyyətlə dialoqa getmək istədiklərini bildirdilər. Hətta həqiqətə uyğun olsun deyə aktiv gənclər bir neçə dəfə polislərə toqquşdular.
Bu hadisələrdən sonra kompromis əldə olundu. Ermənistanda hakimiyyət-müxalifət danışıqlarının beşinci mərhələsi start götürdü. Əvvəlcə Ermənistan Respublika Partiyasının üzvləri Qagik Minasyan və David Arutyunyan, daha sonra Çiçəklənən Ermənistan Partiyasının nümayəndəsi Vardan Bostancyan və Orinats Yerkir Partiyasının üzvü Mger Şahgəldiyan, axırda isə EMK-nın nümayəndə heyəti zala daxil oludular. Lakin danışıqların məzmunu ictimaiyyətə açıqlanmadı. Gözlə görünən dialoqun qaranlıq məqamları çox oldu. Əhaliyə isə yalnız aclıqdan funksiyasını itirən beynini qurcalamaq qaldı
İqtidar-müxalifət dialoqunda fiasko
17 siyasi partiya və 23 QHT-nın daxil olduğu Erməni Milli Konqresi və iqtidar arasında bu il bir neçə dəfə dialoq görüşlərinin keçirilməsi artıq nəticə vermədi. Çünki görüş zamanı irəli sürülən təşəbbüslər ölkədə heç bir ciddi nəticələrə səbəb olmayacaq. Səbəb: tərəflər arasında müzakirə predmetləri olaraq hər hansı konkret bir məsələ qoyulmamasıdır.
Həmçinin müxalifət hakimiyyətə öz fikrini diqtə etmək istəyir, iqtidar isə bu "svoyski" davranışı qəbul etmir. Ona görə, hələ də Ermənistanda legitim parlament, bələdiyyə və prezident məsələsinin həlli açıq qalıb. Dialoqun alınmamasını digər səbəbləri də var. Əsas göstərici Ermənistanda hakimiyyətin bir nəfərin deyil, bir neçə oliqarxın əlində cəmləşməsi və bununla da prezident Serj Sarqsyanın təkbaşına qərar qəbul edə bilməməsidir. Bu oliqarxlar müxalifətdən onlara məxsus əmlak, biznes və maliyyə mənbələrinə qarantiya tələb edirlər. Müxalifət isə oliqarxlara hətta təminat versə belə, oğru qanunları ilə fəaliyyət göstərən bu varlılar sabah öz-özünə iflasa uğraya bilər. Bu nöqteyi nəzərdən həqiqi dialoqun olması, reformlar aparılması tələblərinin qarşılığında ölkədə qərarların qəbulunda çox ciddi siyasi problemlərin mövcudluğu görünür və bu baxımdan üfüqdə hansısa pozitiv perspektivə olan ümidlər boşa çıxır.
Müxalifətin əsas tələblərindən geri çəkilmir. Tələb isə siyasi məhbusların dərhal sərbəst buraxılmasıdır. Lakin hakimiyyət və oliqarxlar onların bu tezliklə azad edilməsini hələlik məqbul hesab etmir. Belə ki, 2008-ci ildən indiyədək həbs olunan siyasi məhbusların əksəriyyəti sabiq prezident, ana müxalifətin lideri Levon Ter-Petrosyana maliyyə dəstəyi vermiş işadamları və bu şəbəkəyə daxil olanlardan ibarətdir. Onlar bu gün həbsdən azad olunacaqları təqdirdə yenə də müxalifətə açıq şəkildə maliyyə dəstəyi verəcəklər.