Azərbaycanlı cüdoçu 3-cü döyüşdə məğlub oldu

26 Avqust 2011 19:06 (UTC+04:00)

Fransanın paytaxtı Paris şəhərində keçirilən dünya çempionatının 4-cü günündə Elxan Məmmədov medal qazanmaq yolunda şansını sınayıb. SİA-nın xəbərinə görə, ilk olaraq 90 kq-da mübarizə aparan idmançımız startda özbək cüdoçu Xurşid Nəbiyevi məğlub edib. E.Məmmədov növbəti rəqibi kanadalı Aleksandr Emondun da kürəyini yerə vurub. Koreyalı Li Kyu Von ilə günün 3-cü döyüşü idmançımız üçün məğlubiyyət ilə nəticələnib.

Qeyd edək ki, yarışın ilk üç günündə tatami üzərinə çıxan idmançılarımızdan yalnız 60 kq çəki dərəcəsində mübarizə aparan İlqar Muşkiyev bürünc medal qazanıb. Tərlan Kərimov (66 kq) isə yeddinci yeri tuta bilib. Nicat Şıxəlizadə (60 kq), Renat Mirzəliyev (73 kq), Kifayət Qasımova (57 kq), Elnur Məmmədli (81 kq), Elxan Rəcəbli (81 kq) və Ramilə Yusubova (63 kq) isə uğur qazana bilməyiblər.

Xatırladaq ki, yarışda 136 ölkədən 949 idmançı mübarizə aparır.