\"Qalatasaray\" \"Real Madrid\"ə gücünü göstərdi...

25 Avqust 2011 15:30 (UTC+04:00)

İstanbulun \"Qalatasaray\" futbol klubu dünən \"Santyaqo Bernabeu\" stadioununda İspaniyanın \"Real\" futbol klubu ilə \"Bernabeu\" kuboku çərçivəsində görüş keçirib. Siasport.az saytı xəbər verir ki, olduqca maraqlı və gərgin keçən qarşılaşmada İstanbul nəhənginin mükəmməl və sistemli oyun oynaması, açıq şəkildə gözə çarpıb. Baş məşqçi Fatih Terimin yeni \"Qalatasaray\" qurmaq üçün yeni komanda formalaşdırdığı dünən daha aydın şəkildə gözə çarpırdı.

Qarşılaşmanın ilk yarısında kral klubuna göz açmağa imkan verməyən \"Qalatasaray\", bunun məntiqi nəticəsi olaraq oyunda hesabı açan tərəf olub.

Belə ki, 33-cü dəqiqədə Selçukla hesabda önə keçən \"Cim bom\", bu üstunlüyünü, 34-cü dəqiqəyə kimi qoruya bilib. Doğma \"Santyaqo Beürnabeu\"da \"cim bom\"a məğubiyyətlə barışa bilməyən kral klubu dərhal əks hücumlara başlayıb.

Belə ki, 34-cü dəqiqədə Xuan de Ramos gözəl qol vuraraq hesabı bərabərləşdirib. 50-ci dəqiqiədə isə fransız futbolçu Kerim Benzema \"Real\"ın \"Qalatasaray\" üzərindəki 2:1 hesablı qələbəsini rəsmiləşdirib. Bu məğlubiyyətə baxmayaraq İstanbul təmsilçisi gözəl oyunu ilə bütün azarkeşlərini və türkiyəli futbolsevərləri yenidən Avropaya qayıdacağına ümidləndirib.