Radikal düşərgənin radikal "hüquq müdafiəçiləri" və ya Eynulla Fətullayevin Leyla Yunusova sevgisi
Təkcə radikal müxalifət düşərgəsində baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Daha dəqiq desək, dağıdıcılıq və anarxiyaya meyilli radikalların öz istəklərinə uyğun taktikaları, qeyri-qanuni hərəkətləri nəticəsində həbs olunmaları sanki sözügedən QHT-lərin dəyirmanlarına su tökür. Və onların hamısı bir ağızdan başlayırlar cinayətkarların "təmizə çıxarılma" əməliyyatlarına. Həmin saat bütün xarici səfirliklərə, səfirliklərin siyasi partiyalarla iş qurumlarına müraciətlər qəbul olunur və s. və ilaxır... Hətta vəziyyəti bəzən elə hallara gəlib çıxarır ki, səs-küy çıxararaq, sözün əsil mənasında, həyasızlıq edən QHT-lər tamamilə unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır. Bunu biz uzun illərdir ki, dəfələrlə müşahidə etmişik və bu, indi də, davam etməkdədir. Məsələn, Eynulla Fətullayevin haqlı olaraq həbs edilməsinə ilk dəfə L.Yunusova şüvənliyi ilə reaksiya verdi. Onun adını bütün ermənipərəst xarici təşkilatlara yaydı və bildirdi ki, bu şərəfsiz Qukasyanla dodaq-dodağa öpüşüb, ona görə də onu müdafiə etməlidirlər.
Bu gün şərəfsizlik simvolu olan qəzetçi azadlıqdadır və indi də o, bəyan edir ki, Qukasyanın dodağının dadı hələ də damağında qalıb və erməni mənşəli L.Yunusovaya bütün varlığı ilə dəstək verəcək. Hətta lazım gələrsə hər şeyini verəcək…
Pərdəarxası məqamlar…
Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügedən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur. Əslində diqqət yetirsək, bu tipli QHT rəhbərlərinin daha öncələr hansı əməllərin sahibləri olduqlarını xatırlasaq, görməyimizə kifayət edər ki, onlar hansı yuvanın quşları, ya da ki, hansı dərənin tülküləridirlər. Məsələn, "Demokratiya və Sülh İnstitutu" adlı təşkilatın rəhbəri Leyla Yunusova AXC-Müsavat diktatorluğu dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edirdi. Daha dəqiq desək, oranı çapıb-talayırdı. Cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarırdı. Bu barədə açıqlamanı onun öz həmkarı - Helsinki Vətəndaş Assambleyasının ermənilərə satılmış rəhbəri Arzu Abdullayeva bir neçə il öncə mətbuata açıqlamışdı. Onu da deyək ki, vaxtilə aralarından su keçməyən bu iki "rəfiqənin" arasında yaranmış söz-söhbət də haram erməni pulları üstündə yaranmışdı. Belə ki, "siyasi məhbus" məsələsinin süni halda qabardılması nəticəsində bölünə bilinməyən qrantlar üstündə Yunusova-Abdullayeva müharibəsinə start verilmişdi. Məhz bu cür insanların indi durub hansısa "haqsızlıqdan" bağıranda onların nə cür sifətə malik olmaları ifşa olunur.
Yunusova və digərləri
Səidə Qocamanlı, Novella Cəfərova, Arif Yunusov, Eldar Zeynalov kimi şəxslərin də bu sıralamaya aid olmaları şübhəsizdir. Onların müxtəlif cür əməllərdən çıxaraq Azərbaycana, xalqa-millətə qarşı təxribat xarakterli çıxışlar etmələri arxasında da düşmənlərə qulluq etmək amili dayanır. Digər maraqlı nüansa da diqqət yetirək. Həmin adamların bu günə qədər bir dəfə də olsun dövlət tərəfindən maliyyələşdirilən layihələrə qoşulduqlarının şahidi olmamışıq. Əksinə, bunların əlaqələri xarici siyasiləşmiş fondlarla, ya da fərdi insanlarladır. Onlar bir növ radikal müxalifət partiyaları ilə əlbir olaraq qeyd edilən xarici təşkilatlar və ya fərdi şəxslərlə aradüzəldənlik (anlaşma) rolu oynayaraq, maddi durumlarını artırırlar. Bu vasitəçiliklər yeni maliyyə donorlarının üzə çıxarılmasına da xidmət edir. Təki "siyasi" don geydirməyə "problemlər" ortaya çıxsın.