Arılar pətək üzərində \"Allah\" yazdı- FOTO

23 Avqust 2011 17:08 (UTC+04:00)

Türkiyənin Dənizli bölgəsində pətək üzərinə arılar tərəfindən yazılan qabarıq \"Allah\" yazısı görənləri şoka salıb. SİA-nın Türkiyənin \"Sabah\" qəzetinə istinadən verdiyi məlumata görə, Dənizlidə dəmirçi işləyən iş adamı Aslan Konyalıoğlu keçən həftə şanlara baxarkən gördüyü mənzərə qarşısında çaşqınlıq yaşayıb. Öz ərazisində 15 arı pətəyinin olduğunu deyən Konyalıoğlu \"Allah\" yazısı olan pətəyi görüncə həm çaşdığını, həm də şükür etdiyini ifadə edib. Pətəyin qorunub saxlanmasına gəlincə, Konyalıoğlu "Allah" yazısını silməyə qadir deyilik. Bu yazını mühafizə etmək başımızın borcudur",- deyə sözlərinə əlavə edib.

CEYHUN