Terrorçuların növbəti hücumu: Diyarbəkirdə 4 əsgər şəhid oldu

23 Avqust 2011 14:04 (UTC+04:00)

Türkiyədə terrorçularla hərbçilər arasında gərginlik davam edir. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, sonuncu insident Diyarbəkirin Ergani ilə Elazığın Mədən vilayətinin arasında olan Dəyirmandərə kəndində baş verib. Belə ki, PKK terror təşkilanın üzvləri Jandarma Polis bölməsinə hücum təşkil edib.

Hücum nəticəsində bir əsgər şəhid olub, 4 əsgər yaralanıb. Yaralılar Ergani Dövlət Xəstəxanasına aparılıb. Verilən son xəbərə əsasən bölgədə atışma hələ də davam edir.