“İRƏLİ Green Club” yaradılıb

23 Avqust 2011 13:18 (UTC+04:00)

"İRƏLİ" İctimai Birliyi "İRƏLİ Green Club" klubunun yaradılmasını elan edir. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Vəfa Rüstəmovanın SİA-ya verdiyi xəbərə görə, "Green Club" "İRƏLİ" İctimai Birliyin məhz ekoloji sferada keçiriləcək bütün tədbirlərə məsul olacaq bir qurumdur.

"Green Club"-ın məqsədi ekoloji düşüncəli gəncləri bir araya yığmaq, onları ekoloji fəaliyyətlərə cəlb etmək, ölkəmizdə müxtəlif ekoloji aksiyalar keçirmək, ekologiya sferasında çalışan ekspertlər ilə gorüşlər, təlimlər təşkil etmək və aktiv şəkildə beynəlxalq ekoloji aksiya və tədbirlərdə iştirak etməklə bu sferada fəaliyyət göstərən partnyorların sayının artırılmasıdır. Digər məqsədlərdən də biri gəncləri "Eko-düşüncə" və "Eko-mədəniyyət" kimi anlayışlarla yaxından tanış etmək və həmin anlayışları cəmiyyətə fəaliyyət boyunca çatdırmaqdır.

"Green Club" 3 əsas istiqamətdə fəaliyyət göstərir:

Ekoloji aksiyalar

Ekologiya ilə bağlı təlimlər

Beynəlxalq ekoloji kampaniyalarda Azərbaycanın təmsil olunması

"İRƏLİ" İctimai Birliyi daima ekoloji layihələrin və tədbirlərin keçirilməsinə böyük önəm verir və bir çox xarici partnyorlar ilə əməkdaşlıq nəticəsində Azərbaycanda ilk dəfə bir sıra qlobal ekoloji aksiyalara imza atıb. "İRƏLİ" İctimai Birliyi Earth Hour, Earth Day Network, 350.org kimi qlobal aksiyaların Azərbaycandakı rəsmi təmsilçisi və təşkilatçısıdır.