Bakıda iki sərnişin marşrutu toqquşub

23 Avqust 2011 12:00 (UTC+04:00)
Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində 145 saylı və 165 saylı marşrutlar toqquşub. SİA-nın məlumatına görə, qəza nəticəsində 10 nəfər yaralanıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suqra Bəşirovanın verdiyi məlumata görə, yaralılardan 2 nəfəri travmatologiya institutuna, 8 nəfəri isə Kliniki Tibb mərkəzə yerləşdirilib: "Yaralıların vəziyyəti kafidir. Hələlik Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının briqadaları hadisə yerindədir".