Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa parlamenti deputatlarının Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi ilə bağlı məlumatı araşdırmağa başlayıb. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın XİN-in mətbuat xidmətinin birinci katibi Elman Abdullayev bildirib: "Məlumat öz təsdiqini tapdıqdan sonra nazirlik müvafiq işlər görəcək"- deyə, o əlavə edib.
Qeyd edək ki, erməni mətbuatı Fransa parlamentin müdafiə və hərbi qüvvələr komissiyasının sədri Qi Tesyenin başçılığı ilə Fransa parlamentinin deputatlarından ibarət heyət Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi ilə bağlı məlumat dərc edib.