Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, aksiya zamanı 114 nəfər könüllü olaraq qan verib.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.