\"Faceobok\"da yollara onlayn nəzarət

23 Avqust 2011 11:31 (UTC+04:00)
Bakı küçələrində qoyulan videokameralardakı görüntüləri internet vasitəsilə izləmək mümkün olacaq. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, görüntüləri \"facebook\"da izləyə biləcəyik. Yaxın vaxtlarda paytaxt küçələrindəki nəqliyyat vasitələrinin hərəkətin, yol polisinin keçirdiyi reydlər, digər tədbirlər də istifadəyə veriləcək internet saytında (www.bsdypi.az və www.ypx.az) yer alacaq. Saytın sual-cavab bölməsində isə vətəndaşları maraqlandıran suallar cavablandırılacaq. Hazırda sayt üzərində son tamamlama işləri gedir.