Qəddafinin oğlu Seyfülislam Qəddafi Liviyanın paytaxtı Trpolidəki otellərin birində media mənsublarının qarşısına çıxıb.
SİA-nın Türkiyənin \"Bugün\" qəzetinə istinadən verdiyi xəbərə görə, Liviyada Müvəqqəti Milli Şuranın əsgərləri tərəfindən bir gün əvvəl tutulduğu deyilən lider Müammər Qəddafinin oğlu Seyfülislam Qəddafi Liviyanın paytaxtı Trpolidəki oteldə media nümayəndələrinə açıqlama verib.
Seyfülyislam Qəddafi jurnalistlərə \'\'Gəlin, karvanıma qatılın\'\' deyərək Trpolini gəzdirib. Xəbəri yayan Associated Press agentliyinin əməkdaşları Seyfülislamın konvoyunda iştirak edib.
Paytaxt Trpolidə qaldığı oteldə media mənsublarının önünə çıxdıqdan sonra onları Qəddafinin iqamətgahı Babı Əziziyəyə aparan Seyfülislam Qəddafi, \'\'Atanız yaxşıdırmı?\'\' sualını, \'\'Atam təbii ki, yaxşıdır\'\', deyə cavablandırıb.
Seyfülislam, media mənsublarına əlindəki silahlarla qələbə işarəsi göstərib.