Bu gün 11 ayın sultanı olan Ramazan ayının iyirmi üçüncü günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq 05:44-də, iftar isə 20:42-dədir. Orucluq ayının on birinci gününün duası belədir: "İlahi, bu ayda məni günahlardan yu (pak et), məni bu ayda eyiblərdən pak qərar ver, qəlbimi ürəklərdəki təqva qorxusu ilə imtahana çək, ey günahkarların büdrə-mələrini Bağışlayan (Allah)!"
Orucun
niyyəti: "Ramazan ayının orucunu tuturam, vacib qurbətən iləllah"
İftar duası: "İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey rəhməti geniş olan Allah, məni bağışla!"