Yaponiyanın baş naziri istefaya getdi
23 Avqust 2011 10:31 (UTC+04:00)
Yaponiyanın baş naziri Naoto Kan öz postundan istefaya getdiyini bəyan edib. N.Kan bu addımını hakimiyyətdə olan Demokrat partiyasında keçiriləcək seçkilərlə əlaqələndirib. Qeyd edək ki, gələn həftənin bazar ertəsi günü keçiriləcək seçkilərdə Demokrat partiyasının sədri müəyyənləşəcək. Yaponiyanın KİODO xəbər agentliyinin yaydığı digər məlumatda bildirilir ki, ölkə parlamenti Kanın istefası ilə əlaqədar yeni baş nazirin seçilməsi istiqamətində seçkilər keçirəcək.
Qeyd edək ki, Naoto Kan Yaponiyanın sayca 94-cü baş naziridir və 2010-cu ildə bu posta seçilərkən parlamentin aşağı palatasında əksər səs çoxluğu ilə etimad qazanmışdı.