- Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı günüdür
- Xəlifə Əbu Bəkr vəfat edib (634)
- Səfəvilər və Osmanlı arasında Çaldıran düzündə (İranın Maku şəhəri yaxınlığında) döyüş baş verib. Döyüş Səfəvi qoşununun məğlubiyyəti ilə başa çatıb (1514)
- İngilislər Honkonqu işğal edib (1839)
- Praqa sülhü imzalanıb, Avstriya Prussiya müharibəsi başa çatıb (1866)
- Ümumrusiya müsəlmanlarının III qurultayı başa çatıb (1906)
- ADR parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib (1918)
- Moskvada Almaniya və SSRİ arasında hücum etməmə haqqında saziş imzalanıb. Məhz bu saziş Almaniyanın Polşanı işğalını asanlaşdıran addım olub (1939)
- Tiflisdə Qafqaz xalqlarının antifaşist mitinqi keçirilib (1942)
- Azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti Şahmar Ələkbərov anadan olub (1943)
- Azərbaycanın Füzuli və Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunub (1993)
- Azərbaycanda "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" proqramı qəbul edilib (2000)
- Azərbaycan və İordaniya Hökumətləri arasında ikitərəfli əməkdaşlığa dair Çərçivə Sazişi imzalanıb (2006)