Allahşükür Paşazadə Çeçenistana səfər edib

22 Avqust 2011 18:03 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Çeçenistana səfər edib. SİA-nın məlumatına görə, səfər çərçivəsində QMİ-nin sədri avqustun 22-24-də Qroznıda keçiriləcək "Sufizmin islamda yeri və rolu" adlanan beynəlxalq konfransda iştirak edəcək.

Məlumat üçün bildirək ki, konfrans Çeçenistanın ilk prezidenti Əhməd Kadırovun 60 illik yubileyinə həsr olunub.