Məşhur London karnavalı hər zamankından üç saat tez başa çatacaq

22 Avqust 2011 17:57 (UTC+04:00)
Avropada ən böyük küçə karnavalı kimi ad qazanan məşhur London karnavalı ötən illərdəkindən fərqli olaraq üç saat tez başa çatacaq. Qeyd edək ki, karnaval Londonun Nettinq-Hill adlanan küçəsindən başlamaqla bir neçə saat davam edir. İndependent.co.uk portalının verdiyi xəbərə görə, 28-29 avqustda keçiriləcək karnavalın keçirilmə müddəti səhər saat 9-dan başlayacaq və axşam saat 19-00-a qədər davam edəcək. Halbuki bu müddət saat 22-00-a qədər idi.
Londonun təhlükəsizlik xidmətindən İndependent.co.uk portalına verilən məlumata görə, həmin müddət ərzində şəhərin bütün ərazilərində ciddi nəzarət məntəqələri quraşdırılacaq və London polisinin sayı 6 mindən 16 minə qədər artırılacaq. Bütün güc strukturları gücləndirilmiş iş rejiminə keçəcək.