Qəddafi tərəfdarları Tripolini təslim etmir

22 Avqust 2011 17:38 (UTC+04:00)

Tripolini tutmaq üçün mübarizə hələ də davam edir. SİA-nın məlumatına görə, Müəmmar Qəddafinin tərəfdarları şəhərin 15-20% hissəsinə nəzarət edirlər. Bölgədəki şahidlər bildirir ki, Liviya ordusu tanklarla şəhəri bombalayıb.

Qeyd edək ki, üsyançıların Müəmmar Qəddafinin iqamətganından başqa şəhəri bütünlüklə ələ aldığı bildirilir.