Məşhur müğənni Cenifer Lopez yeni klipindən maraqlı görüntülərlə gündəmə gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 42 yaşlı müğənni yeni klipində daha gənc və enerjili görünür.
Los-Ancelesdə çəkilən yeni "Papi" klipində bir neçə kişinin çiynində mahnını ifa edir.
Klipin çəkilişlərindən sonra əkiz uşaqları- Maks və Emi ilə zaman keçirən Cenifer Lopez "Vanityy Fair" jurnalına verdiyi açıqlamasında bildirib ki, bundan sonra ancaq övladlarına və işinə vaxt ayıracaq.