“Facebook” Ərəblərə “dad”, ingilislərə “bidad” - TƏHLİL

22 Avqust 2011 15:50 (UTC+04:00)

İngiltərnin "Facebook" tarixçəsi

Dünənə kimi Ərəb ölkələrinə demokratiya gətirdiyi üçün müqəddəs hesab edilən "Facebook" sosial şəbəkəsi bu gün demokratiyanın beşiyi sayılan İngiltərədə yaşanan hadisələr səbəbi ilə tənqid oxlarının hədəfinə çevrilib. Yaxşı, bu tənqidlər nə qədər düzdür? Sosial şəbəkə mələkmi, şeytanmı?

Avqust ayının əvvəlində Mark Duggan adlı bir İngilis gəncinin Tottenhemdə polis tərəfindən vurulmasına etirazla başlayan nümayişlər idarədən çıxaraq İngiltərə tarixinin ən şiddətli oğurluq və soyğunçuluqdan birinə çevrildi. Bir neçə gün içində sürətlə yayılan hadisələrdə minlərlə mağaza soyuldu, 5 adam öldü, 3 mindən çox adam həbs olundu, 1000 adam cəza aldı və 200-ə yaxın polis yaralandı. Maddi zərərin cəmi isə 200 milyon dolları keçdi. Hadisələrin bu qədər sürətli yayılmasında "Facebook", "Twitter" kimi sosial şəbəkənin və xüsusi mesajlaşma imkanı verən "BlackBerry BBM" xidmətinin böyük rolu oldu.

l 4 Avqust tarixində ölən Mark Duggan üçün "R. I. P. Mark Duggan" adı ilə "Facebook" səhifəsi açdı və səhifənin qısa müddətdə minlərlə pərəstişkarı oldu. Pərəstişkarların səhifədə paylaşdığı mesajlar polisə qarşı "İntiqam" adı altında yayılırdı. Bir müddət sonra "İntiqam"ın yerini küçə nümayişləri əvəz etdi və bunun kimi onlarla səhifə açıldı. "Twitterdə" isə bir çox adam küçəyə çıxaraq nümayişlər etməyə başlamışdı və "Facebook"dan başlayan yol artıq çığırından çıxırdı.

Hadisələri alovlandıran isə İngilis gənclərinin bir çoxunun istifadə etdiyi BlackBerry BBM xidməti vasitəsilə edilən soyğunçuluq çağırışları oldu. "Oxford Circusda" görüşüb dükanları soyaq, bizə qoşulun" mesajını alan gənclər küçəyə çıxdılar.

Mesajla təmizlik axtarışı

Pulsuz geyim, texnoloji cihazlar və qızıl istəyən bəzi İngilislər "şiddətli alver" ehtirasına qapılmış kimi idi. "Twitter", "Facebook" və "BlackBerry" ilə mesajlaşaraq küçəyə tökülən minlərlə gənc təxminən 5 gün boyunca İngiltərənin altını-üstünə çevirdi. İngiltərənin Baş naziri Devid Kameron qarşısı alına bilməyən hadisələrə böyük və ciddi reaksiya verdi: "Lazım olsa ölkədə ictimai media vasitələrini və BlackBerry BBM xidmətlərini maneə törədə biləcəklərini açıqladı".

Bir neçə ay əvvəl Ərəb ölkələrinə demokratiya gətirdiyi üçün müqəddəs hesab edilən bu vasitələr, demokratiyanın beşiyi sayılan ölkədə sanki bir cinayət vasitəsi kimi qəbul edilməyə başlandı. Görünüşə görə ictimai media və BlackBerry üçün çox da yaxşı bir həftə deyildi.

Hekayənin bir də digər üzü var. İnsanlar sosial şəbəkənin və texnologiya köməyi ilə bir-birlərinə kömək edirlər. Yaşanan soyğunçuluq hadisələrinə reaksiya verən bəzi həssas İngilislər "Twitterdə" "riotcleanup" etiketi ilə bir ictimaiyyətə dəstək kompaniyası başladılar. Ayrıca "Facebook"da "London Clean Up" adı ilə bir səhifə açdılar və zərər görənlərə dəstək vermək məqsədi ilə "http://RiotCleanUp.com və http://psocha.co.uk/cleanup" ünvanlarındakı blogları nəşrə verdilər. Bu cəhdlər bir anda böyük kütlələrin marağına səbəb oldu.

Bir-birini heç tanımayan insanlar sosial şəbəkə vasitəsilə bir araya gəlib, təmizlik avadanlıqlarını əllərinə götürərək İngiltərə məhəllələrində zərər görmüş mağazaları və küçələri birlikdə təmizlədilər. Cəhdlər yalnız bununla da məhdud qalmadı. İctimai medianın və texnologiyanın yaxşı şeylər üçün də istifadə edilə biləcəyini göstərmək istəyənlər müxtəlif kömək kampaniyaları başladılar.

"Twitter", "Facebook", "BlackBerry BBM" vs. vasitələr indiki vaxtda fərdlər arasındakı ünsiyyəti artıraraq ictimai hadisələrin böyüməsində böyük rol oynayır. Üstəlik bu fərdlərin bir çoxu normal həyatda bir-birlərini heç bir şəkildə tanımırlar. Bu vasitələri istifadə edən hər kəs bir mənada öz hekayəsini yazır, hekayənin hansı üzündə iştirak edəcəklərinə qərar vermək isə tamamilə onların seçimi.

"Facebook" Ərəblərə "dad", ingilislərə "bidad"

Əslində sosial şəbəkələrdən ehtiyatlanmaq, sosial şəbəkələrdə gedən proseslərdən əndişələnmək qapalı cəmiyyətlə xas olan bir əlamətdir. Tunis və Misirdə başlayan və artan etiraz nümayişlərinin maraqlı bir ortaq nöqtəsi vardı. Mətbuatın azad olmadığı adı çəkilən ölkələrdə əhali \"Facebook\" və \"Twitter\"-də təşkilatlanıb, nümayişlər keçirdi. Ərəb ölkələrindəki inqilablar internetin ilk inqilabları kimi tarixə düşdü. İqtidarlar nə qədər televiziya və yazılı mətbuatı nəzarət altına alsa da, müxalifət internet vasitəsilə öz hakimiyyətlərini qurmağa nail olmağa başladı. Əvvəl Tunis, sonra Albaniya və son olaraq Misirdəki nümayişlər \"Facebook\", \"Twitter\", \"Youtube\" və \"Dailymotion\" kimi sosial paylaşım saytlarının gücünü göstərdi. Məhz bu səbəbdən də Misir hökuməti ölkədə internetin qarşısını tam olaraq ala bilmədi. Lakin yekun nəticə bəlli oldu.

Bu zəmində Böyük Britaniya hökuməti iğtişaşçıların koordinasiya üçün istifadə etdikləri sosial şəbəkələri ölkə ərazisində bağlamaq barədə müzakirə apardı və 4 gün sosial şəbəkələrinin fəaliyəti tamamən dayandı. Söhbət "Facebook", "Twitter" və "BlackBerry" kommunikatorunun "Blackberry Messenger"-indən gedir. Ancaq ərəb ölkələrində baş verən inqilab və çevrilişlərdən sonra ingililslərdə də "Twitter-inqilab" termini yaranıb.

Bütövlükdə sosial şəbəkənin fəaliyyətinin məhdudlaşdırılması və qapadılması insan hüquq və azadlıqları, beynəlxalq nöqteyi-nəzərdən düz deyil. Xüsusilə də, İngiltərə ərəb ölkələrində sosial şəbəkələr bağlanarkən, internetə məhdudiyyətlər tətbiq edilərkən ilk olaraq səsini qaldırıb bunu insan hüququnun tapdalanması kimi dəyərləndiriblər. İndi isə Böyük Britaniya hökuməti iğtişaşçıların koordinasiya üçün istifadə etdikləri sosial şəbəkələri ölkə ərazisində bağlamaq barədə müzakirə aparır. Deməli Qərb ölkələri ikili standart tətbiq etdiklərini bir daha sübut edirlər.

Nəticə

Hər zaman Qərb mədəniyyəti: azadlıqların, demokratiyanın, hökümət - vətəndaş arasında münasibətlərin yüksək səviyyədə qurulmasının istiqamətləndiyi bir məkan kimi göstərilir. Lakin bəzən elə vaxt yetişir ki, baş verən hadisələr fonunda özünü dəyərli hesab edən münasibətlərin heç də düzgün olmadığını kəşf edirsən .

İngiltərədə sosial şəbəkə vasitəsilə geniş vüsət alan hadisələr heç də Qərbin "Ərəb inqilab"ından sığortalanmadığını göstərdi. Lakin gizli qalan nüanslar hələ də mövcuddur. Söhbət inqilabın ilk dalğasını yüksəkliyə qaldıran "Facebook" və "Twitter"-in istifadəsinin qadağasından gedir. Belə ki, İngiltərə höküməti "Facebook", "Twitter" və "Blackberry" nin sahiblərinə göstəriş verərək bu tip yazışmaların maneə törədilməsini istədi. Və həmin saniyə xahiş qəbul edildi.

Halbuki Ərəb diktatorları eyni şeyi istədiyində sosial şəbəkənin rəhbərləri bu çağırışlara heç bir münasibət bildirməmişdi. Hətta demokratik ölkələrdən öz yolunu Ərəbistana salan bir sıra internet missionerləri ərəb ölkələrinə gedərək ölkədaxilində demokratiya gətirəcək "Facebook" və "Twitter"in istifadəsi mövzusunda \"dərslər\" verdilər.

Bu iki hadisənin yekunu bizə bir şeyi öyrətməlidir ki, kainatda mövcud olan həqiqətlər Qərbdən gəlirsə o daha çox düzdür.