İnstitutun cərrahı Ramin Qasımov bildirib ki, kəskin qarın ağrıları ilə gətirilən Əflatun Abdullayev peritonit - başqa sözlə, apendisitin partlaması səbəbindən əməliyyat olunub və xəstənin vəziyyəti hazırda orta-ağırdır.
Qeyd edək ki, "Ultionis" bədii filmində Azərbaycanın xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva, ümumilikdə 167 aktyor və aktrisa rol alıb. Nüfuzlu beynəlxalq müsabiqələrə göndəriləmək üçün nəzərdə tutulan film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.