Universitet tələbələri üçün ingilis dili kurslarına başlanıb

22 Avqust 2011 11:31 (UTC+04:00)

Bu gündən Moskva Dövlət Universitetinin Bakı filialının ingilis dili fakültəsindən seçilən, bakalavr pilləsində təhsil alan altı tələbəyə bir həftəlik həm ingilis dili kursları, həm də mədəniyyət proqramına başlanır. Moskva Dövlət Universitetinin Bakı filialından SİA-ya verilən xəbərə görə, bunlar British Council, Vorvik Universiteti və BMİ (British Midland International) aviaşirkəti ilə birgə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının bakalavr pilləsində təhsil alan tələbələri üçün ingilis dili bacarıqlarının təkmilləşdirilməsi proqramı çərçivəsində baş tutur.

Avqustun 31-dək Vorvik Universitetinin Tətbiqi Linqvistika Mərkəzi tərəfindən təşkil ediləcək bu xüsusi proqram çərçivəsində təşkil ediləcək ingilis dili kursları və mədəniyyət proqramı tələbələrə sosial və elmi sahələrdə ingilis dilindən daha əminliklə istifadə etməyə imkan verəcək.

Mədəni proqrama London, Oksford, Vorvik və Şekspirin anadan olduğu Stratford-upon-Avon-a səfərlər daxil edilib. Bu səfərlərdə proqram iştirakçılarına Britaniya mədəniyyəti barəsində geniş məlumat əldə etmək imkanı veriləcək. Proqram iştirakçıları, həmçinin Britaniyalı ailələrdə yaşamaqla gündəlik əsasda ingilis dili bacarıqlarını daha da inkişaf etdirə biləcək, Britaniya mədəniyyəti ilə tanış olacaq və mədəniyyətlərarası əlaqə yaratmaq bacarıqlarını inkişaf etdirmək fürsəti əldə edəcəklər.

Qeyd edək ki, "British Council" Birləşmiş Krallığın təhsil imkanları və mədəniyyət əlaqələri sahəsində beynəlxalq təşkilatıdır. Təşkilat dünyanın 109 ölkəsində fəaliyyət göstərir. BMİisə dünyanın ən geniş aeroportlarından olan London Hitrouda ikinci ən böyük hava yoludur