Ermənistan Rusiyaya meyillilik əhval-ruhiyyəsinə görə dünyada 5-ci yeri tutur-TƏHLİL

19 Avqust 2011 16:18 (UTC+04:00)
Apardığı araşdırmalara görə, dəqiq statistik rəqəmlər ortaya qoyan Gellap İnstitutunun dünyanın 104 ölkəsində apardığı sorğunun nəticələrinə görə, Ermənistan vətəndaşlarının yalnız 4%-i Kreml rəhbərliyinə kritik yanaşır, 17%-i qiymətləndirmədə tərəddüd edir, 75%-i isə Rusiya prezidenti Dmitri Medvedyevi və baş nazir Vladimir Putini dəstəkləyir. Belə ki, Ermənistandan daha çox Rusiyaya meyilli 4 ölkə mövcuddur ki, bunlar Tacikistan, Qırğızıstan, Mali və Özbəkistandır. Qərblə yaxınlaşmaya müsbət yanaşmalarına baxmayaraq ermənilərin böyük əksəriyyəti hər zaman olduğu kimi Rusiyanı ölkələrinin təhlükəsizliyinin təminatçısı hesab edir. Adıçəkilən institut ekspertləri bu faktı Dağlıq Qarabağ münaqişəsi və Türkiyə ilə münasibətlərin gərginlik həddində qalması ilə izah edirlər.

Maddiyata bağlı asılılıq

O da maraq doğurucudur ki, Ermənistanın Rusiyaya meyilliliyi bilavasitə maddiyyatla əlaqələndirilir. Belə ki, 2008-ci ildə Rusiyadan Tacikistana edilən fərdi pul köçürmələrinin miqdarı ölkənin ümumi daxili məhsulunun 50 %-ni təşkil edib. Ermənistanda bu göstərici ÜDM-nin 13 %-i qədərdir. 2010-cu ildə isə Rusiyadan Ermənistana 1,3 milyard dollar köçürülüb ki, bu da Ermənistanın dövlət büdcəsinin yarısından çoxudur. Maraqlıdır, bəs Ermənistan niyə məhz Rusiyaya meyillidir? Rusiyanın baş naziri Vladimir Putin bu sualı belə cavablandırıb: "Hələ çar ulu Pyotr sərəncamlarından birində yazırdı: erməniləri mümkün qədər çox əzizləmək lazımdır. Onların gəlməsinə imkan yaradın. Cəmi 300 il keçib, tapşırığı yerinə yetirmişik".

Bu gün də 300 il öncəki kimi

Amma həqiqətdə 300 il bundan əvvəl də, bu gün də ermənilər Rusiyanın ən sədaqətli və \"əziz\" qullarıdırlar. Bu gün Ermənistanın çökmüş iqtisadiyyatı bütövlükdə böyük qardaşı Rusiyanın əlindədir. Az-çox işləyən dağılıb-sökülmüş zavod və fabriklər, Ermənistanın dəmir yolları Rusiya tərəfindən özəlləşdirilib. Ermənistanın hazırkı cüzi ixracı da yalnız Rusiyayadır.
Gürcüstanın isə Ermənistanın ixracatındakı payı çox azdır, hətta yox dərəcəsindədir. Ermənistan rəhbərliyi bu gün nə xarici, nə də ki daxili siyasətdə müstəqil siyasət yürütmək iqtidarında deyil. Rusiya Ermənistanı özünün forpostu adlandırır, əslində isə Ermənistan Rusiyanın bir quberniyasıdır və belə getsə, bu dövlət quberniyadan kənd statusuna enəcək. Bütün bunları nəzərə alanda Ermənistan vətəndaşlarının niyə bu qədər Rusiyaya meyilli olması tam aydın olur. Yəni sözügedən müstəvidə qul psixologiyası artıq öz işini görüb. Onlar anlayırlar ki, ağasız qalsalar, nəhəng dünyada məhv olacaqlar. Artıq bir neçə əsrdir ki, Rusiyadan idarə olunan, tapşırıqlar alan, öz funksiyasını yaxşı yerinə yetirəndə isə qabağına "bir tikə iylənmiş ət, ya da sümük atılan" ermənilər hətta müstəqillik əldə edəndən sonra belə müstəqil qala bilmək iqtidarında deyillər. Belə ki, onların \"Böyük Ermənistan\" xəyalları \"ağaları\" tərəfindən süni yaradılıb və ermənilər daimi məkrli planlara həvəsləndirilir.