İsrailin şimalında fövqəladə vəziyyət yaranıb

13 Avqust 2011 13:27 (UTC+04:00)

İsrailin şimalında buz anbarında yanğın baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, alovun ammonyak rezervuarlarına keçmə ehtimalının yüksək olmasını nəzərə alaraq yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi dərhal təxliyyə edilib.

Yanğının yanğınsöndürənlər tərəfindən söndürülməsi davam edir. Hazırda ərazidə müvafiq işlər aparılır. Yanğının başvermə səbəbi araşdırılır.