Ötən ay Norveçdə baş vermiş və 76 adamın ölümünə səbəb olmuş terror olayları beynəlxalq aləmin diqqət mərkəzində qalmaqda davam etdiyi vaxtda növbəti terror səsi Estoniyadan eşidildi. Belə ki, Estoniya Müdafiə Nazirliyinin binasına hücum oldu. Uzun müddət eston məmurları və polisi olayla bağlı rəsmi şərh verməkdən imtina etdilər. Hadisə ilə bağlı müxtəlif fikirlər səslənsə də nəhayət, son və qəti versiyanı Estoniyanın təhlükəsizlik polisinin komissarı Marto Arpo səsləndidi: \"Müdafiə Nazirliyinə hücum edən naməlum şəxs polis əməkdaşları ilə atışmada öldürülüb. O, hərbçi olmayıb, əlində tapançadan başqa, tüstü bombası və partladıcı paket olub. Bir neçə atəş açıb, partladıcı paketi partladıb. Silahla hədələyərək iki nəfəri girov götürüb. Artıq onlar azad ediliblər, heç bir xəsarət görməyib\".
Norveçdə terror olaylarından dərhal sonra Qərb mətbuatı məsələnin arxasında İslam təhlükəsini axtarsa da bu hadisədə mətbuat susmağı tərciyə etdi. Hadisənin təffərüatlarına aydınlıq gətirən isə Baş nazir oldu. Baş nazir Andrus Ansip cinayətkarın adını açıqladı: \"Hücum edən və öldürülən 1954-cü il təvəllüdlü Karen Drambyandır\". Baş nazir onu norveçli terrorçu Anders Breyviklə müqayisə edib. O, Birləşmiş Sol Partiyanın üzvüdür. Estoniyanın baş naziri Andrus Ansip güman edir ki, onu Norveçdəki kütləvi qətliam ruhlandırıb: "Çox güman ki, onu Norveçdəki kütləvi qətliam ruhlandırıb. Yəqin ki, Drambyanın planları böyük imiş", – deyə baş nazir qeyd edib: "O, heç bir tələb irəli sürməyib. Məqsəd bəlli deyil". Əvvəlcə erməni terrorçunun intihar etdiyi bildirilsə də, sonradan onun xüsusi təyinatlılar tərəfindən məhv edildiyi açıqlanıb.
Bəs Drambyan kimdir?
Drambyan Ermənistanda doğulub və daha sonra Estoniyaya köçüb. 1990-cı illərin əvvəllərində Estoniya vətəndaşlığı alan Drambyan hüquqşünas işləyib və rus dillilərdən ibarət Estoniyanın Birləşmiş Sol Partiyasının üzvü olub. Drambyanın Estoniyanın baş hərbi idarəsinə silahlı hücuma keçməsinin motivi qaranlıq qalıb.
Əslində 80-ci illərin sonlarından başlayaraq Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçuları müxtəlif bəhanələr adı altında öz qətliamlarını reallaşdırırlar. Burada erməni diasporunun "yüksək kürsüyə" çıxartmağımızda məqsəd hadisədən dərhal sonra Tallində yaşayan erməni diasporunun üzvü Razmik İvanyanın birdən gəlib "Bizim onunla əlaqəmiz olmayıb, biz onu tanımırıq" ifadələri işlətməsi olub.
Sözünə davam edən Razmik bilmədən: "Mən onu bir iki dəfə kilsədə görmüşəm.(Nəzərə alsaq ki, kilsədə ən azı 40-50 nəfər olur). Amma onun heç kimlə əlaqəsi olmayıb. Bircə "salam" və "sağol" dan başqa". Sadəcə olaraq vəziyyətin gərginləşməsindən qorxan ermənilər hadisənin bir ucunun onlara bağlanacağından qorxaraq təkzib edən məlumatlar yaydılar.
Müsahibədən də görünür ki, ilkin sözləri ilə Razmikin ikinci ifadəsi heç də üst-üstə düşmür. Tutalım ki, Razmik düz deyir. Əgər belədirsə, bəs onda necə olur ki, Karen Drambyan ermənilərin hər dəfə təşkil etdiyi tədbirlərdə başda əyləşir və söz alır. Və ya kilsələrdə rahibdən sonra seçilən ziyalılar danışdığı zaman öncə söz ona verilir. Və ya qrantların yığılmasında onun hesabı lobbinin siyahsında yer alıb. Bəs bu necə olur? Təşkilatı bu dəfə zəif olan erməni terroru vəziyyəti gərginləşdirə bilmsə də öz xalqının əsl simasını ortaya qoymağı bacardı.
Hadisəyə kəskin reaksiyanın verilməməsi bir daha sübut etdi ki, dünyada baş verən terror faktlarını müsəlmanların üzərinə yıхmağa çalışan хristian dünyası ermənilərin arхasında durur və onların terror hadisələri, işğallar həyata keçirməsinə bilavasitə dəstək olur.