\"Azərbaycan Respublikasının yanacaqdoldurma məntəqələrində nəzarət-kassa aparatlarının tətbiqi haqqında\" Nazirlər Kabinetinin 11 iyul 2011-ci il tarixli 111 nömrəli Qərarının icrasının təmin edilməsi məqsədi ilə Vergilər naziri Fazil Məmmədov müvafiq əmr imzalanıb. Vergilər Nazirliyindən SİA-ya verilən xəbərə görə, əmrdə 2012-ci il yanvar ayının 1-nə qədər hazırda Azərbaycan Respublikası ərazisindəki yanacaqdoldurma məntəqələrində istifadədə olan nəzarət-kassa aparatlarının onların istehlakçıları tərəfindən Dövlət reyestrinə daxil edilib, xüsusi konstruksiyalı və texniki göstəricilərə malik, o cümlədən çek verilmədən neft məhsullarının və maye qazın alıcıya satılmasını (buraxılmasını) istisna (blokirovka) edən yeni nəzarət-kassa aparatları ilə əvəz olunması və onların qeydiyyata alınması ilə bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yeni nəzarət-kassa aparatlarının tətbiqi ilə əlaqədar görüləcək tədbirlərin qrafiki təsdiq edilib.