Türkiyədə daha bir hərbçi həbs olundu. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu "İnternet-memorandum" cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan təbdiri seçilən və təqaüddə olan polkovnik Camal Gökçeoğludur.
C.Gökçeoğlu İstanbul 13-cü Ağır Cinayətlər üzrə Məhkəməsinə gəlib, özü təslim olub. İstintaq və iddia mövzusu olan internet memorandumunu yazan 3 nəfərdən biri olduğu iddia edilən polkovnik məhkəməyə vəkili ilə birlikdə gəlib.
Qeyd edək ki, İstanbul Ağır Cinayətlər Məhkəməsi bu gün Türkiyədə daha bir ordu generalı Hüseyn Nüsrət Taşdələrin və general Hıfzı Çubuklunun həbsinə qərar verib. İstanbul Ağır Cinayətlər Məhkəməsi, \"İctimaiyyəti istiqamətləndirmə məqsədli internet saytları\" iddiası daxilində, Yüksək Əsgəri Şura qərarıyla Quru qüvvələri Təhsil və Doktrina Komandirliyinə təyin edilən General Hüseyn Nüsrət Taşdeler ilə general Hıfzı Çubuklunu həbs edib. Məhkəmə bundan əlavə 14 nəfər şübhəli haqqında həbs qərarı çıxarıb.
Barələrində həbs qərarı verilənlərin adları və vəzifələri:
- Egey Ordu Komandiri, general Hüseyn Nüsrət Taşdeler
- Baş Qərargah Kəşfiyyat Dairə rəhbəri, general-leytenant İsmayıl Hakkı Pekin
- Baş qərargah Ədliyyə müşaviri, general Hifzi Çubuklu
- Keçmiş I Ordu Komandiri, təqaüdçü general Həsən Iğsız
- Keçmiş Şimal Dəniz Sahə komandiri, admiral Mehmet Otuzbiroğlu
- Egey Dəniz Bölgə komandiri, admiral Alaettin Sevim
- General-leytenant Mehmet Eröz
- General Mustafa Bakıcı
- Polkovnik Ziya İlker Göktaş
- Polkovnik Hulusi Gülbahar
- Polkovnik Camal Gökçeoğlu
- Polkovnik Sədat Özüer
- Təqaüddə olan polkovnik Fuad Selvi