Qərb həqiqəti dərk edir, Ermənistan isə bunu həzm etmir

11 Avqust 2011 18:37 (UTC+04:00)

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması prosesi regionda vəziyyətin təhlükəli hal almasına şərait yaratmaqdadır. Bu, eyni zamanda tərəflərin hərbi gücünün hansı fərqdə olmasını göstərir. Bir sıra beynəlxalq tərəfləri isə potensial hesab edilə biləcək hərb variantından kimin qalib çıxacağı qətiyyən maraqlandırmır. Önəmli olan məqam onların maraqlarının hansı səviyyədə təmin olunmasıdır. Əgər nüfuzlu qərb şirkətlərinin regionda ən çox Azərbaycana investisiya qoyduğunu nəzərə alsaq, onların rəsmi şəkildə Bakını müdafiə etmək məcburiyyətində qalacağını indidən söyləmək mümkündür.

Təbii ki, ən çox narahatlıq doğuran məqam hava hücumundan müdafiə sistemlərinin kimdə daha güclü olmasıdır. Bu, strateji obyektlərin qorunmasına zəmanət verəcək əsas amildir. ABŞ-da fəaliyyət göstərən "EurasiNet" agentliyi bununla bağlı maraqlı araşdırma aparıb. Agentliyin arqumentinə görə, konkret raket texnologiyalarına toxunsaq, Ermənistan Azərbaycana açıq-aşkar uduzur. Google vasitəsilə nəzərdən keçirilən hərbi obyektlərin düzülüşü, sayı və keyfiyyəti bunudeməyə əsas verir: "Konkret nəticə bundan ibarətdir ki, Dağlıq Qarabağ sərhəddi boyunca yaradılmış mütəşşəkil müdafiə sistemi Ermənistanın hər hansı uğurlu addım atmaq şansını heçə endirib. Hazırda Azərbaycan ərazisində ermənilərin hərbi əməliyyatlar aparmaq imkanı yoxdur. Çünki quru əməliyyatlarının uğursuz olacağını indidən anlayırlar. Hazırda R-17 raket qurğuları istisna olmaqla Azərbaycan ərazisində real təhlükə yaratmaq üçün heç bir silah Yerevanda mövcud deyil. ABŞ sahilyanı ərazilərdə radar sitemlərini yaratmaq üçün Bakıya yardımlar edib. Bunun vasitəsilə raketlərin istiqaməti müəyyən ediləcək. Ümumilikdə müharibəni udmaq Ermənistan üçün qeyri-mümkündür".

Agentlik öz araşdırmasında Azərbaycanın potensialına toxunaraq bildirib ki, Bakı hücuma keçəcəyi halda nə Dağlıq Qarabağda, nə də Ermənistanda onun qarşısını saxlamaq qətiyyən mümkün olmayacaq. Çünki erməni ordusu bütün keyfiyyətilərinə görə rəqibindən bir neçə dəfələrlə geridir: "Hava hücumlarına gəldikdə Azərbaycan daha çox Ukraynadan aldığı MİG-29 qırıcı təyyarələrin gücünə arxalanır. Bu isə strateji obyektlərin məhvindən daha çox erməni ordusunun ifrastrukrunun sıradan çıxarılmasına hesablanıb".

Xatırlatmaq yerinə düşərdi ki, bu ərəfədə Erənistanı şoka salacaq növbəti olay da baş verib. Müdafiə Nazirliyinin titullu və yüksək əməkdaşlarından hesab edilən Yuri Xaçaturov sensasiya doğuracaq bəyanat səsləndirib. O, ölkəsinin başçısı Serj Sərkisyanın son günlərdə verdiyi bəyanatlarının olduqca təhlükləli olduğunu, bunun Ermənistan üçün yaxşı heç nə vəd etmədiyini bəyan edib: "Hazırda Azərbaycan ordusu bizlə müqayisədə daha güclüdür. Yeri gəldi-gəlmədi bu cür məsuliyyətiz bəyənatlar sonda ozümüzü mat vəziyyətinə salacaq və məhv edəcək".

Erməni generalı rəsmən, Azərbaycan tərəfindən təcavüz yolu ilə işğal olunmuş ərazilərin geri qaytarılmasını vəziyyətdən yeganə və ümidverəcək çıxış yolu kimi göstərib. Əlbəttə ki, Yerevan buna cavabsız qala bilməzdi. Məsələ ondadır ki, Xaçaturov verdiyi bəyanatın səhəri günü işdən azad edilib və onun barəsində cinayət işi başlanılıb. Bu isə Yerevanın əsl həqiqəti görmək istmədiyini bir dahasübuta yetirir. Görünür artıq qərbin də Ermənistanı zəif qismdə görməsini nə işğalçı dövlətin elitasını nə də ki, digər dövlət mənsubları həzm edə bilmirlər.

R.RƏSULOV