Takvi Bonq \"Rəvan\"da debüt edəcək

10 Avqust 2011 18:06 (UTC+04:00)
\"Rəvan\" klubu daha bir futbolçunun adını sifariş ərizəsinə salıb. Siasport.az saytı xəbər verir ki, Premyer Liqanın debütantı bir neçə gün əvvəl heyətinə qatdığı Takvi Bonqu sifariş edib.
Kamerunlu hücumçu artıq geyinəcəyi forma nömrəsini də müəyyənləşdirib. O, meydana 19 nömrəli futbolkada çıxacaq. Futbolçu \"Neftçi\" ilə oyunda debüt edəcək.
Qeyd edək ki, tam adı Bertrand Takvi Bonq olan futbolçu 27 mart 1987-ci ildə Kamerunun Yaounde şəhərində dünyaya gəlib. Onun ilk klubu \"Kanon Yaounde\" olub (2006). 2007-2008 mövsümündə Misirin \"Vadi Deqla\" klubunda çıxış edən hücumçu ardınca Omona üz tutub. 2009-cu ildə \"Şaham\" klubunda 11 oyun keçirib, 2 qol vuran Benik 2010-2011 mövsümündə Qətərin \"Əl-Şamal\" komandasında forma geyinib - 20 oyun, 7 qol.