Ramazan təqvimi (10 avqust)

10 Avqust 2011 10:18 (UTC+04:00)

Bu gün 11 ayın sultanı olan Ramazan ayının onuncu günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:27, iftar isə 21:00-dədir. Orucluq ayının altıncı gününün duası belədir: "İlahi, bu ayda məni Öz həsənatlarının sayəsində Sənə təvəkkül edənlərdən, Sənin yanında bu ayda uğur qazananlardan, Məni bu ayda Özünə yaxınlarından qərar ver, öz gözəlliyinlə ey tələbkarların son Qayəsi!"

Ayə: "(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: "Bütün pak nemətlər sizə halal buyurulub. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s.) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!" ("Maidə" surəsi, ayə 4)

Hədis: "Önündəki qırx ev, arxandakı qırx ev, sağındakı qırx ev və solundakı qırx ev (qonşulardır)!".