Ciddə şəhərində dünyanın ən uca qülləsi tikiləcək
3 Avqust 2011 03:50 (UTC+04:00)
Ciddə şəhərində dünyanın ən uca qülləsi tikiləcək. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Talalın Jeddah Economic investisiya şirkəti Bin Laden Group iri tikinti höldinqi ilə birlikdə Ciddə şəhərində Qırmızı dənizin sahilində hündürlüyü 1.100 metr olan ən uca qüllə tikəcək.
Göydələn Ciddədə ümumi sahəsi bir neçə kvadratkilometr olan irimiqyaslı Kingdom City layihəsinin "birinci növbəsi" olacaq.
Layihənin dəyəri 1,2 milyard dollar məbləğində qiymətləndirilir.
Binada dünyanın aparıcı şirkətlərinin ofisləri, otel və elit apartamentlər yerləşəcək.
Layihənin həyata keçirilməsi mümkün olsa, o, Dubayda hündürüyü 828 metr olan və bu günədək dünyanın ən yüksək binası sayılan "Bürc Xəlifə" göydələninin rekordunu arxada qoyacaq.
Hazırda hündürlüyü 4 kilometrədək olan göydələnlərin tikilməsi üzrə layihələr mövcuddur.