Qızlarımız Moldova yığmasını məğlub etdilər

29 İyul 2011 09:28 (UTC+04:00)

AFFA Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Moldova yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

Qeyd edək ki, iyulun 30-da, saat 19:00-da, "Dalğa Arena"da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək