Tarixin bu günü və ya bu günün tarixi

27 İyul 2011 10:58 (UTC+04:00)
- Rusiya-İran müharibəsində (1804-1813) ilk toqquşma - Üçmüədzin döyüşü olub. İrəvan xanlığının ərazisindəki Üçmüədzin kəndi yaxınlığında baş verən döyüşdə İran qoşunları rus qoşunlarını məğlub ediblər (1804)

- Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb (1826)

- İtalyan şairi və tənqidçisi, 1906-cı il Nobel Ədəbiyyat Mükafatı laureatı Cozue Karduççi anadan olub (1835)

- İngilis kimyaçı Con Dalton vəfat edib (1844)

- Fransada boşanma hüququ bərpa edilib (1884)

- Suriyanın eks-prezidenti Əmir Hafiz anadan olub (1921)

- Portuqal siyasi xadim Antonio Salazar vəfat edib (1970)

- Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi Qahirədə vəfat edib (1980)

- ASALA-nın Türkiyənin Portuqaliyadakı səfirliyinə hücumu zamanı 2 nəfər həlak olub 14 uşaq xəsarət alıb (1983)

- Musiqiçi Gülarə Əliyeva vəfat edib (1991)

- Aktrisa Nəcibə Məlikova vəfat edib (1991)

- Azərbaycanla İran arasında beynəlxalq yük daşımaları haqqında saziş imzalanıb (1993)

- Ağdamın işğalı ilə əlaqədar BMT təhlükəsizlik şurasının 853 saylı qətnaməsi qəbul edilib. Qətnamə hələ ki icra edilməyib (1993)

- Azərbaycanla Almaniya arasında hava daşımaları haqqında saziş imzalanıb (1995)

- Prezident Heydər Əliyev ABŞ-a ilk rəsmi səfərə gedib. Avqustun 6-dək davam edən səfər gedişində Azərbaycan prezidenti əvvəlcə Nyu-Yorkda BMT-nin baş katibi Koffi Annan, NATO-nun baş katibi Xavyer Solana ilə, ABŞ-ın biznes dairələri ilə görüşlər keçirmiş, iyulun 29-da Vaşinqtona gedib (1997)

- Prezident Heydər Əliyev Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının ilk məzun buraxılışında iştirak edib (2002)

- Azərbaycan Prezidenti qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi haqda fərman imzalayıb (2007)