Türkiyənin Marmara dənizi hövzəsində zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 5.2 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Marmara dənizinin 8.4 km dərinliyi olub. Təkanlar həmçinin İstanbul, Ədirnə və Kırklarelində də hiss edilib.
Qeyd edək ki, bu zəlzələdən 20 dəqiqə sonra Marmara dənizində 2.7 bal gücündə növbəti zəlzələ baş verib. Hər iki zəlzələ nəticəsində də dağıntı və insan təlafatı qeydə alınmayıb