Azərbaycanda turizmin inkişafı: Potensial, problemlər, perspektivlər- ANALİZ

25 İyul 2011 18:30 (UTC+04:00)

"2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi ölkəmizdə bu sektorun inkişafını stimullaşdıracaq

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq olunması haqqında Sərəncam imzalayıb. Sərəncamla "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Turizmin inkişafı iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevrildi

Tədbirlər Planında Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən orta və kisik sahibkarlara güzəştli kreditlər ayrılması, turizm məqsədilə səfər edənlərə biletlərin güzəştli qiymətlərlə satılması nəzərdə tutulur.

Plana əsasən, ölkədə turizmin inkişafı ilə bağlı müxtəlif mədəni tədbirlər çərçivəsində aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətləri, turist axını çox olan rayonlarda iyul-sentyabr aylarında "Bu Vətən bizimdir" adlı turist düşərgələri təşkil olunacaq, Azərbaycanla qonşu Gürcüstan arasında mövcud turist axınını nəzərə alaraq Bakı-Tiflis-Bakı dəmiryolu marşrutu üzrə ixtisaslaşdırılmış turist qatarları xəttə buraxılacaq.

Planda ölkədə turizmin inkişafı məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, Mədəniyyət və Turizm və Ədliyyə nazirlikləri qarşıdakı iki ay ərzində "Turizm haqqında" qanunun yeni layihəsini parlamentə təqdim etməlidir.

Turizm məqsədilə Azərbaycana səfər edən şəxslərin sayının artırılması üçün onlara viza verilməsi sadələşdiriləcək, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər və Mədəniyyət və Turizm nazirlikləri bununla bağlı təkliflər hazırlamalıdır.

Bundan başqa, beynəlxalq və yerli hava, dəniz və dəmiryol daşımalarında turist qruplarına xüsusi tarif qiymətlərinin tətbiq edilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulur.

Tədbirlər planında nəzərdə tutulan ən maraqlı yeniliklərdən biri turizm sahəsində fəaliyyət göstərən orta və kiçik sahibkarlara dəstək göstərilməsi məqsədilə təyinatlı və güzəştli kreditlərin ayrılmasıdır. Bu iş İqtisadi İnkişaf və Mədəniyyət və Turizm nazirliklərinə həvalə olunub. Adı çəkilən nazirliklər turizm sənayesinin inkişafı üçün iqtisadi mühitin yaxşılaşdırılması və investisiyaların cəlb olunmasına dair təkliflər hazırlamalıdır.

Plana əsasən Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılacaq, Azərbaycan üçün prioritet sayılan ölkələrdə milli turizmin təbliği üçün tədbirlər görüləcək, həmçinin həmin ölkələrdən Azərbaycana info-turlar təşkil olunacaq. Sənəddən məlum olur ki, Azərbaycan üçün prioritet ölkələr Avropa İttifaqı ölkələri, ABŞ, Yaponiya, Kanada, Rusiya və Fars körfəzi ölkələri sayılır.

Plandakı təbliğat-təşviqat tədbirləri arasında ən maraqlısı Azərbaycanda turizm və mədəniyyət obyektlərinin, gəzməli-görməli yerlərin telefon məlumat xidmətinin yaradılmasıdır.

Bundan başqa, planda tarixi abidələrin abadlaşdırılması üçün işlərin görülməsi, turizm və nümayiş obyektlərinə gedən yolların abadlaşdırılması, təmiri, yollarda xüsusi göstəricilərin və yol nişanlarının qoyulması da nəzərdə tutulub.

Turzimin inkişafı üçün potensial və bu sahədə mövcud problemlər

Məlum olduğu kimi, 2011-ci il Azərbaycanda turizm ili elan olunub. Qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən biri kimi turizm sektoru önəmli hesab edilir. Hazırda xarici ölkələrdən turistləri cəlb etmək üçün müəyyən tədbirlər həyata keçirilir. Eyni zamanda, xaricdəAzərbaycanın turizm imkanları ilə bağlıtəbliğat aparılır.

Ekspertlərin fikrincə, ölkəmizin böyük turizm potensialı var və bundan səmərəli istifadə etmək mümkündür. İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, turizmi inkişaf etdirmək üçün Azərbaycanın geniş potensialı var: "Bu potensialı imkana çevirmək və inkişaf etdirmək istiqamətində hökumət tərəfindən müvafiq infrastruktur işləri həyata keçirilərək, rəqabət qabiliyyətli turizm biznesinin yaradılması təmin olunmalıdır.

1999-cu ildə \"Turizm haqqında\" qanunun qəbulu ilə bu sahədə dövlət siyasətinin əsas prioritetləri və hədəflərinin müəyyən edilməsinə, o cümlədənturizm siyasətinin mühüm sənədlərindən olan Azərbaycanda turizmin inkişafına dair 2002-2005-ci illər və2010-2014-cü illər üçünturizmin inkişafına dair Dövlət Proqramlarının təsdiq olunmasına baxmayaraq,hələ ki turizm sektorunun inkişaf prosesi qonşu ölkələrlə müqayisədə zəifdir".

Qeyd edək ki, geniş imkanlar olsa da, ölkəyə nəinki turistlərin marağı artsa da, yerli vətəndaşlar daxildəki müalicəvi turizm xidmətlərindən lazımi qədər yararlanmırlar. Bu məqsədlə Rusiya, istirahət və əyləncə üçün isə Türkiyəninturizm bazarını seçirlər.

Müqayisə üçün bildirək ki, Türkiyə 2010-cu ildə turizmdən 21 milyard dollara yaxın gəlir əldə edib. 2009-cu ildə ölkəyə 32 milyondan bir qədər çox insan gəlibsə, ötən il bu rəqəm 33 milyonu keçib.

Son 2 ildə regionda turizmi inkişaf edən ölkələrin siyahısına Gürcüstan da əlavə olunub. Hətta 2013-cü ildə Gürcüstana gələn turistlərin sayının ölkənin əhalisinin sayını keçməsi planlaşdırılıb. İstirahət üçün Gürcüstana ən çox Azərbaycan, Türkiyə və Ermənistan vətəndaşları üz tutur.

Bu region ölkələrinin payına ümumilikdə 78 faiz turist düşür. Belə ki, Azərbaycandan 488 461, Türkiyədən 485 137, Ermənistandan isə 479 377 turist, Rusiyadan 158 421 nəfər Gürcüstanda dincəlməyə üstünlük verib.

Ümumilikdə, Azərbaycanın turizm sənayesinin rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq dənizi sahilindəki turizm mərkəzləri və Gürcüstanın Qara dəniz sahilləri tutur. Digər alternativlər də mövcuddur. Bura Qazaxıstan, Birləşmiş Ərəb Əmirliyi və İranı aid etmək olar. Belə rəqabət mənzərəsində uğurlu nəticələrin əldə olunması üçün uzunmüddətli və dayanıqlı turizm siyasətinə ehtiyac var.

Azərbaycanı iri turizm ölkəsinəçevirmək üçün nə etmək lazımdır?

V.Bayramovun fikrincə, turistlər səfər etdikləri ölkələrdə əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər, qiymətlərvə s. bu kimi amillərə diqqət verirlər: "Sözügedən amillərdən birinin olmaması nəticə etibarilə yüksək keyfiyyətli turizm məhsulunun ortaya çıxmasına maneə yaradır.

Turizm Nazirliyinin məlumatına görə hazırda ölkədə 140 turizm şirkəti, 10 Turizm İnformasiya Mərkəzi və 57 mehmanxana fəaliyyət göstərir. Statistika Komitəsi isə 2009-cu ildə mehmanxana və mehmanxana tipli müəssisələrin sayıni 452 göstərir".

Yeri gəlmişkən, Statistika Komitəsindən bildirirlər ki, 2004-cü ildə turizm müəssisələrinin sayı 58, 2005-ci ildə 81, 2006-cı ildə 96, 2007-ci ildə 117, 2008-ci ildə 123, 2009-cu ilə 124 olub. 2004-cü illə müqayisədəturizm müəssisələrinin sayı artsa da, təklif edilən turizm məhsullarının çeşidi dünya standartlarından geri qalmaqdadır. Şirkətlər hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdıra bilməyiblər.

Son rəqəmlərə əsaslansaq Azərbaycana gələn xarici turistlərin sayı ildə orta hesabla 10% artır. Əgər 2002-ci ildə Azərbaycana 428 min xarici turist səfər edibsə, artıq 2007-ci və 2008-ci illərdə bu göstərici 1 milyonu üstələyib. 2009-cu ildə qəbul edilmiş və göndərilmiş turistlərin ümümu sayı 59 700 nəfər olub. Ondan 17 min nəfəri qəbul edilib, 42 min nəfəri göndərilib.

Beynəlxalq turist daşımalarına gəlincə, Azərbaycana gələn xarici və xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4 mln 193min nəfər olub. Ortada olan təxmini hesablamalara görə, bir turistdən cəmi 600-700 dollar qazanılır.

V.Bayramov turizm sahəsində fəaliyyət göstərən sahibkarların ən böyük problemlərindən digəri kimi turizm günlərinin sayının azlığını önə çəkir: "Turizm şirkətləri ancaq 2-3 ay işləyirlər. Təhlillər göstərir ki, qış turizminin hələ də inkişaf etməməsinin səbəbi iş adamlarının qış turizm mərkəzlərini yaratmaqda maraqlı olmamasıdır.

Sahibkarlar ilboyu büdcə xərclərinin hamısını bir fəslin- yayınüstünə salırlar. Elə qiymətlərin yüksəkliyinin bir səbəbi dəbundan qaynaqlanır. Belə ki, 11 iqlim qurşağının 9-nun ölkəmizdə mövcud olmasına baxmayaraq bu amil il boyu turizmin inkişafına o qədər də imkan vermir.Belə ki, ölkədəqış turizmi hələ də inkişaf etməyib" .

Ekspertölkədə turizmininkişafıüçün dünya səviyyəsində öndə gedən ölkələrin təcrübəsindən istifadəni vacib sayır: "Buna dadünya səviyyəsində öndə gedən ölkələrin təcrübəsindən istifadə etməklə nail olmaq olar. Eyni zamanda sahə üzrə professional reklamçılar yetişdirib onlarınəməyindən faydalanmaq mümkündür.

Araşdırmalar göstərir ki, Azərbaycan üçün turizmdə ən böyük bazar Rusiya vədigərkeçmiş SSRİ respublikaları ola bilər. Çünki, Türkiyəyə gedən turistlərin 70 faizi ruslar və ukraynalılardır. Dünyanın bütün ölkələrində rus turistləri kütləvilik təşkil edir. Cənub ölkələrindən isə turistlər əsasən qış turizminə üstünlük verirlər. Azərbaycanda bu sahədən də gəlir götürmək üçün böyük imkanlar var.