Elektron kitabları oxumaq, video və şəkillərə baxmaq, radioya qulaq asmaq üçün yeni qurğu-FOTO

25 İyul 2011 15:38 (UTC+04:00)

Kitab Klubunun təklif etdiyi portativ, güclü və müasir qurğu müxtəlif funksiyalar daşıyır. SİA-nın xəbərinə görə, onun köməyi ilə ən populyar formatlarda elektron kitabları oxumaq, video və şəkillərə baxmaq, radioya qulaq asmaq mümkündür. Qurğunun əlavə səsyazma, saat və təqvim funksiyaları da vardır. Rəngli, aydın və həssas displeyinin ölçüsü 7 düymdür (təxminən 180 mm), ekranın həssaslığı 800х480 dpi-dır, yəni A6 formatda - cib kitabları ölçüsündədir. Qurğunun idarə olunması çox sadədir, bütün funksiyalar qurğu işə salınan kimi ekrana çıxır, aşağı-yuxarı oxlarla seçilib işə salınır. Ekranın kontrastını və işıqlılığını asan dəyişmək olur. Elektron kitab oxuyarkən isə, hətta arxa fonun və hərflərin rəngini də dəyişmək mümkündür. Təbii ki, qurğunun zoom (böyüdüb-kiçiltmə) və səhifəni 90 dərəcə döndərmə funksiyaları da vardır, oxunan mətnin ölçülərini bir toxunuşla dəyişmək olur.

Qurğunun yerli FM kanalları tutan, asan idarə olunan radio funksiyası da vardır ki, onu qulaqcıq olmadan da eşitmək olur. Daxili yaddaşı 2-4-8GB-dır, amma SD yaddaş kartı vasitəsilə 32 GB-a qədər artırıla bilir. Komplektə adapter, kompüterə qoşulmaq üçün USB kabel və qulaqcıqlar daxildir. Qurğu beynəlxalq sertifikata malikdir və işləməsinə 6 ay zəmanət verilir.